Sima 350 min təzminat ödəyəcək?

Sima 350 min təzminat ödəyəcək?
14634 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yayımlanan "İşte benim stilim" yarışmasının azərbaycanlı iştirakçısı Sima Şərəfətdinova sosial şəbəkədə verilişdən ayrılması haqda yazıb.

Axşam.az-ın məlumatına görə, lakin yarışmanın xüsusi qaydaları var. Hər iştirakçı istədiyi vaxt oranı tərk edə bilməz. Əgər belə addım atarsa, bunun qarşılığında təzminat ödəməlidir.

Belə ki, iştirakçılarla müqavilə imzalanır. Oradakı şərtlərə əsasən, "İşte benim stilim"dən öz istəyi ilə ayrılan hər bir iştirakçı 350 min lirə (təxminən 141 min manat) təzminat ödəməlidir.

Xatırladaq ki, bundan əvvəl azərbaycanlı model Merlin Təranə də "İştə benim stilim"dən ayrılmışdı. Buna görə proqramın yayımlandığı TV 8-in rəhbəri Acun İlıcalı onu məhkəməyə verib, təzminat tələb edəcəyini bildirmişdi. Təranə isə səhhətində ciddi problem olduğunu deyib, bunu təsdiqləyən həkim kağızını yaradıcı heyətə təqdim etmişdi.  

Qeyd edək ki, S.Şərəfətdinova verilişdən getməsinin səbəbi kimi iştirakçıların onu təhqir etdiyini göstərib:

"Hamı yalandan üzümə dururdu. İnsanların məşhur olmaq üçün nə qədər çirkinləşdiyini gördüm. Hər gün millətimi təhqir edib, məni mənəvi zorakılığa məruz qoyurdular. Əvvəl qatıldığım gözəllik yarışmasının münsiflər heyətinə “zövqsüz” deməklə qalmadılar, iştirakçılar tərəfindən şantaj olundum. Televiziyada görünəcəm deyə bu qədər alçala bilmərəm. İştirakçılar mənə “Azəri iti birinci olmayacaq” deyirdilər".