Madonna evində türk hamamı tikdirir

Madonna evində türk hamamı tikdirir
1874 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya ulduzu Madonna 2012-ci ildə Türkiyə səfərindən sonra Manhettendəki evində türk hamamı tikdirmək qərarına gəlib.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, müğənni bunun üçün evinin 900 kvadrat metr ərazisini ayırıb. Madonna artıq Antalyadakı firmalardan biri ilə müqavilə də imzalayıb. Tikintisi 400 min dollara başa gələcək hamamla yanaşı, ayrılmış ərazidə SPA mərkəzi, buxar otağı, sauna, masaj salonu da nəzərdə tutulur. Hamamda qızıl işləmələrdən istifadə olunacaq. Layihənin 2 ay müddətinə başa çatdırılması gözlənilir.

Qeyd edək ki, Madonnanın Manhettendəki evi 1945-ci ildə retro dizayn edilib. Evin 28 otağı var.