"Eurovision"ın ilk qalibi Vyanada

"Eurovision"ın ilk qalibi Vyanada
1985 dəfə oxunub
  • A-
  • A
  • A+

“Eurovision” mahnı müsabiqəsinin ilk qalibi Liz Asiya Vyanada yarışmanı canlı izləyəcək tamaşaçılar sırasında olacaq.

Axşam.az-ın məlumatına görə, Liz Asiya AzərTac-a müsahibəsində bildirib ki, o, özünü dünyanın ən şanslı insanlarından hesab edir.

“Mən Bakıda olmuşam və istərdim ki, şəhərinizə yenidən gəlim. Azərbaycan, İtaliya, İsrail təmsilçiləri favoritlərimdir. Belə sağlam və gümrah olduğum üçün Allahıma minnətdaram. Həmişə Tanrıya dua edirəm. Bura gələn milyonlarla insanları görmək, “Eurovision” mahnı müsabiqəsinin fanatları ilə birgə olmaq məni xoşbəxt edir”, - deyə Liz Asiya qeyd edib.

“Facebook” sosial şəbəkəsində onunla ünsiyyətdə olan bütün azərbaycanlı dostlarına xoş arzularını bildirən Liz Asiya deyib:

“Mənimlə danışan, mənə yazan azərbaycanlıların hər biri çox səmimi, mehriban və qonaqpərvərdir. Məni Bakıya dəvət edirlər. Hər birinə minnətdaram. Təbii ki, ölkənizdə keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin yarışmanın tarixində xüsusi yeri var”.

Liz Asiya Azərbaycan təmsilçisi Elnur Hüseynovun ifasını çox bəyəndiyini, onun müsabiqədə layiqli yeri tutacağını da vurğulayıb.