Deputatdan teleaparıcıların səviyyəsinə münasibət

Deputatdan teleaparıcıların səviyyəsinə münasibət
14760 dəfə oxunub
  • A-
  • A
  • A+

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov son günlər yenidən gündəmə gələn aparıcıların səviyyəsi və mədəniyyəti məsələsinə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, N.Cəfərov Trend-ə bildirib ki, aparıcıların səviyyəsi və mədəniyyəti məsələsi həmişə problemdir.

O qeyd edib ki, aparıcı televiziyanın simasıdır:
 
“Bəd xəbər də olsa, şad xəbər də olsa aparıcının şəxsiyyəti olmalıdır, burada birinci növbədə televiziyanın siması müəyyənləşdirilir. İndi bizdə bu sahədə xüsusi bir məktəb yoxdur”.

Dünya praktikasından misal gətirən N.Cəfərov vürğulayıb ki, dünyada hər bir televiziyanın daxilində aparıcını yetişdirən məktəb var:

“Televiziyada aparıcıların üzərində hər zaman nəzarət olunur, o cümlədən onların hərəkətləri, reaksiyaları təhlil olunur. Düzdür, Azərbaycanda bu sahədə müəyyən qədər inkişaf var, amma buna baxmayaraq yenə də bu problem qalmaqdadır”.

N.Cəfərov bir məqama da toxunub. Bu da telekanalların aparıcıların ya müğənni, ya da incəsənət adamı olmasına üstünlük verməsidir:

“Bu da istər-istəməz problem yaradır. Çünki bizdə deyim ki, bir çox müğənnilərin intellekt səviyyəsi çox aşağıdır. Çünki onlar aparıcılıq məktəbi görmürlər, sadəcə oxumaq istedadlarına görə gəlirlər və onların təfəkkürü lazımi zənginlikdə olmur. Yaşxı aparıcı olmaq üçün ictimai, siyasi, ideoloji təfəkkür lazımdır”.

N.Cəfərov onu da qeyd edib ki, aparıcılarda bir az şitlik çox olur, xüsusilə də qadın aparıcılarda: “Kişi aparıcılar nisbətən normaldırlar, müəyyən qədər gözləyirlər”.