Daha bir ölkədə eynicinsli nikahlar qanuni oldu

Daha bir ölkədə eynicinsli nikahlar qanuni oldu
2540 dəfə oxunub
  • A-
  • A
  • A+

İrlandiyada mayın 22-də keçirilmiş referendumda eynicinsli nikahların tərəfdarları qələbə qazanıb.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, əhalinin 62 faizi  eynicinsli nikahların rəsmiləşdirilməsini dəstəkləyib.
 
Beləliklə, İrlandiya ümumxalq səsvermə yolu ilə eynicinsli nikahları rəsmiləşdirən rəsmi olaraq ilk ölkə olub. Bu vaxtadək Aİ-də analoji qərarlar  parlament səviyyəsində qəbul olunurdu.   
 
Qeyd edək ki, eynicinsli nikahlar artıq Belçika, Danimarka, İspaniya, Niderland, Portuqaliya, Fransa, İsveç və Böyük Britaniyanın bir neçə bölgəsində leqallaşdırılıb.