Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
2343 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16°, gündüz 22-27° isti təşkil edəcək.

Azərbaycan rayonlarında hava gün ərzində əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16°, gündüz 22-27° isti təşkil edəcəyi gözlənilir. Mərkəzi-Aran rayonlarında temperatur 30 dərəcəyədək yüksələcək.

Dağlarda gecə 9-14°, gündüz 15-20° isti olacaq.