Alsu "Maşın" şouda - video

Alsu "Maşın" şouda -  video
4870 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyanın tanınmış ifaçısı Alsu Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, müğənni əməkdar artist Murad Dadaşovun dəvəti ilə "Maşın" realiti-şousunda qonaq olub.

Mahnısını səsləndirən Alsu Bakı ilə bağlı təəssüratlarını bölüşüb, paytaxtımıza gəlişinin səbəbini açıqlayıb:

"Bilirsiniz ki, mən Bakını və azərbaycanlıları çox sevirəm. Çox sağ olun ki, məni bura dəvət etmisiniz. Dünən "Eurovision"ı həyəcanla izlədim. Azərbaycanlı və Rusiyadan olan ifaçıya həmişə pərəstiş edirəm. Yaxın dostum Orxanın toyuna gəlmişəm. Onu təbrik edirəm. Burada faciəvi bir hadisə baş verdiyini eşitdim. Dəhşətli hadisədir. Bütün yaxınını itirənlərin ailəsinə başsağlığı verirəm".