SOCAR-ın əməkdaşının qızı ABŞ-da vitse-prezident qızına ərə getdi

SOCAR-ın əməkdaşının qızı ABŞ-da vitse-prezident qızına ərə getdi
8232 dəfə oxunub
  • A-
  • A
  • A+
SOCAR-ın müfəttişi Kamal Eynullayevin qızı Elnarə Eynullayeva ABŞ senatorunun müşavirinə ərə gedib. İlk baxışda bu nikahda qeyri-adi heç bir şey yoxdur, nəzərə almasaq ki, o, eynicinsli nikahdır. 

Oxu.az Haqqın.az-a istinadla xəbər verir ki, toy bu gün Massaçusets ştatının Kuinsi şəhərində baş tutub. Elnarə Eynullayeva və Rozali Hyuz Fatsionun təntənəli nikah mərasimində şahid qismində Massaçusets ştatından senator Maykl C. Barret iştirak edib. Bu toy bir çox amerikalı jurnalistlərin diqqətini cəlb edib. Hətta nüfuzlu “The New York Times” da hadisə barədə yazıb.

Rozali Fatsionun 32 yaşı var və o, senator Barretin hüquq müşaviridir. Onun atası İosif Fatsio Kembric universitetinin idarələrindən birində vitse-prezidentdir. Elnarəyə gəldikdə isə, onun 28 yaşı var, Trinitiy Partners-də səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis işləyir. O, Massaçusets universitetini əla qiymətlərlə bitirib və Konnektikut ştatında magistr dərəcəsi alıb.

Elnarə Eynullayeva Bakıda Kamal və Tünzalə Eynullayevaların ailəsində dünyaya göz açıb. Tünzalə Eynullayeva hazırda Massaçusetsdə yaşayır və dəri materiallara qulluq üzrə “Dilaura Natuarls” adlı kiçik şirkət açıb.

Elnarənin atası Kamal Eynullayev isə SOCAR-da müfəttiş işləyir.

Bu, Elnarənin ilk nikahı deyil. Birinci nikahı boşanma ilə başa çatıb.