Günayın babası kim olub?

Günayın babası kim olub?
5039 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, model dünən “Maşın” şouya qatılıb.

Verilişin aparıcısı, əməkdar artist Murad Dadaşov G.Musayeva ilə bağlı maraqlı fakt açıqlayıb:

“Günayın ailəsində dəyərli insan var idi.  Bakı Dövlət Universitetinə daxil olanda Müseyib Müseyibov adlı bir ziyalı insanı tanıdım. Günayla Türkiyədə söhbət edərkən təsadüfən öyrəndim ki, mərhum coğrafiya elmləri doktoru, professor onun babası imiş. Allah ona rəhmət eləsin”.

G.Musayeva Bakıya birgünlük gəldiyini vurğulayıb:

“Anar Ağakişiyevi dəstək üçün “Maşın” şouya qatıldım. Bura gələndə məni həmişə Anar makiyaj edirdi. O, şouda olduğu üçün sıfır makiyajla gəzirəm”.