Tanınmış aktyorun anası vəfat etdi

Tanınmış aktyorun anası vəfat etdi
1301 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-ın məşhur komediya aktrisası Enn Mira 85 yaşında dünyasını dəyişib.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, aktrisanın ölümü haqda mediaya əri Cerri Stiller və aktyor oğlu Ben Stiller məlumat veriblər.

Stiller ailəsi Ennin ölümü ilə dərin kədərə qərq olduqlarını, onun həmişə ərinin, qızı, oğlu və nəvələrinin qəlbində yaşayacağını bildirib.

Qeyd edək ki, Enn Mira “Qətli o hazırlayıb”, “Alf”, “Böyük şəhərdə seks” və “Nəsillər” serialları ilə məşhurdur. O, Cerri Stillerlə 1961-ci ildə ailə qurub.