“Atam şorgözlüyünə görə çox şey itirdi”

“Atam şorgözlüyünə görə çox şey itirdi”
5693 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İbrahim Tatlısəsin oğlu İdo maraqlı etiraflar edib.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, atası ilə münasibətlərindən danışan gənc müğənni şorgözlükdə onun yolu ilə getdiyini deyib:

“Şorgözlük deyəndə İbrahim Tatlısəs yada düşür. Onun yolu ilə getməyə çalışıram”.

İdo “Atanın bu xüsusiyyəti ananı və digər qadınları çox incitdi. Bu, xoşuna gəlir?” sualına belə cavab verib:

“Xoşuma gəldi də deyə bilərəm, gəlmədi də. O vaxt uşaq idim və mənə pis təsir edirdi. Amma şorgözlük atamın öz qərarı idi və elə buna görə çox şey itirdi. Bu xüsusiyyət məndə də olsa, eyni vəziyyət yaranacaq”.