5 dəqiqəyə gözəlləş

5 dəqiqəyə gözəlləş
4714 dəfə oxunub
  • A-
  • A
  • A+

Xanımlar harasa gedəndə gözəl görünməyə, 5 dəqiqə içərisində tamamilə dəyişməyə can atırlar.

Axşam.az xarici mətbuata istinadən qısa vaxt ərzində sizi daha da gözəlləşdirəcək məsləhətlər təqdim edir:

Həcmli dodaqlar
Dodaqların şişkin görünməsinin ən asan yolu: alt dodağınızın ortasına açıq rəngli, parıltılı dodaq boyası çəkin. Həmin boyanı üst dodağın kənarlarına da çəkib, dodaq qələmi olmadan irihəcmli dodaqlara sahib ola bilərsiniz.

İri gözlər
Gözləri böyütmək göz kölgələrinin əlindədir. Gözlərin ətrafını metallik tonlarda göz kölgələri ilə bəzəyib, hamının diqqətini onlara yönəldə bilərsiniz.

Böyük sinə
Büstqalter süd vəzilərini həcmli göstərən yeganə vasitə deyil. Bürünc rəngli kirşanı iri fırça ilə döşlərin üzərinə və arasına çəkdikdə, onlar zahirən böyüyür.

Uzaq gözlər
Gözləriniz bir-birindən uzaq yerləşibsə, qara qələmlə gözün başlanğıcını korrektə edin.