86 il yaşadı, yol qəzasında öldü

86 il yaşadı, yol qəzasında öldü
815 dəfə oxunub
  • A-
  • A
  • A+
“Nobel” mükafatlı riyaziyyatçı, “Ağıl oyunları” filminin real həyatdakı qəhrəmanı Con Neş həyat yoldaşı Alişa ilə birlikdə yol qəzasında dünyasını dəyişib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlüyün hava limanından evlərinə getmək üçün mindikləri taksi baryerə çırpılıb. 86 yaşlı alimlə 82 yaşlı xanımının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, riyaziyyat sahəsində dərin biliyi ilə tanınan Con Rassel Krounun onun obrazını canlandırdığı “Ağıl oyunları” filmiylə bütün dünyada məşhurlaşıb. Ekran işi dörd nominasiya üzrə “Oskar” mükafatına layiq görülüb.