Elza Seyidcahan Rəşad Məcidin sözlərinə mahnı bəstələyib

Elza Seyidcahan Rəşad Məcidin sözlərinə mahnı bəstələyib
866 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan yeni mahnı hazırlayır.

Axşam.az-ın məlumatına görə, sənətçi "İdman himni" adlı bəstənin iyunda Bakıda keçiriləcək Avropa Oyunlarına həsr olunduğunu bildirib:

"Hazırda aranjiman işləri aparılır. Yaxın günlərdə mahnını təqdim edəcəyəm. İfa zamanı məni böyük orkestr və muğam müsabiqəsinin iştirakçıları müşayiət edib. Gözəl alınıb".

Qeyd edək ki, bəstənin sözləri "525-ci qəzet"in baş redaktoru, yazıçı-şair Rəşad Məcidə məxsusdur.