Acundan növbəti sürpriz

Acundan növbəti sürpriz
7719 dəfə oxunub
  • A-
  • A
  • A+
“TV8”in sahibi Acun İlıcalı yeni mövsümə iddialı layihələrlə hazırlaşır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prodüser evlilik proqramları içərisində reytinqinin yüksək olması ilə seçilən “Esra Erolla” proqramını öz televiziyasına transfer edib. Acun artıq aparıcı ilə razılığa da gəlib. Verilişin prodüser şirkəti “Artı Film” transfer səbəbindən “Fox”a 5 milyon lirə (təxminən 2 milyon manat) təzminat ödəyəcək.

Qeyd edək ki, Esra Erolun proqramı daha əvvəl “ATV” və “Star” kanallarında yayımlanıb.