Pətək Dinçözün azərbaycanlı nənəsi - foto

Pətək Dinçözün azərbaycanlı nənəsi -  foto
6646 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Pətək Dinçöz sosial şəbəkədə yaxınlarının fotolarını paylaşıb.

Axşam.az-ın məlumatına görə, sənətçi ata nənəsinin əslən azərbaycanlı olduğunu qeyd edib:

“Necminisa ata nənəmdir. Necə gözəl qadın imiş. Əsli Azərbaycandandır. Cümhuriyyət dövründə İstanbula gəlib. Əczaçılıq oxuyub və Giritli Necdət babamla tanış olub evlənib. Sonra onlar mənim doğulduğum yerə - İzmirə köçüblər. Anam həmişə deyirdi ki, sənə hamilə olduğum zaman nənənə baxırdım. Qucağındakı uşaq Engin xalamdır. Nənəm ölməzdən əvvəl mənə baxıb "heç vaxt pis olma, heç nəyi vecinə alma" dedi. Məkanın cənnət olsun, nənə".