Tarkandan Sibel Cana sürpriz

Tarkandan Sibel Cana sürpriz
3630 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sibel Can hazırladığı albomun təqdimatını gecikdirib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, buna səbəb ifaçının həmkarı Tarkanın ona etdiyi jest olub.

Belə ki, Tarkan özü üçün hazırladığı mahnılardan birini S.Cana hədiyyə edib. Bu sürprizdən sonra müğənni albomu yubadaraq əvvəl həmin mahnını tək təqdim etmək istəyib.

Xatırladaq ki, Sibel Can daha öncə də Tarkanın "Çakmak Çakmak" mahnısını ifa etmişdi.