Etibar Babayevə vəzifə verildi

Etibar Babayevə vəzifə verildi
2114 dəfə oxunub
  • A-
  • A
  • A+

“Space”nin keçmiş prezidenti Etibar Babayevə vəzifə verilib.

Axşam.az-ın aznews.az-a istinadən məlumatına görə, E.Babayev bu gün “Mədəniyyət” televiziyasına baş direktor təyin edilib.

E.Babayev açıqlamasında məsələdən xəbərsiz olduğunu deyib:

“Mənim məsələdən xəbərim yoxdur. Ola bilər ki, təyin ediblər, amma mən hələ ki, məlumatsızam”.

Qeyd edək ki, Etibar Babayev bir neçə gün öncə AzTV-nin nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasının rektoru vəzifəsindən istefa vermişdi.