"Maşın" şouda final başladı - fotolar+video

"Maşın" şouda final başladı - fotolar+video
13637 dəfə oxunub
  • A-
  • A
  • A+
"Maşın" şousunun finaldan əvvəlki son buraxılışı baş tutub.

Axşam.az-ın məlumatına görə, iştirakçıların gizli səsverməsi nəticəsində meyxanaçı Rəşad Dağlı yarışmanı tərk etməyə namizəd olub. O, proqramda qalacağı təqdirdə stilist Anar Ağakişiyevi uzaqlaşdıracağını deyib.

Anar veriliş boyu tamaşaçılara birbaşa müraciət etməyərək yorulduğunu deyib:

"Tamaşaçı özü bilir nə etmək lazımdır. Necə məsləhətdirsə, elə olsun".

Proqramda qonaq qismində iştirak edən Pərviz Bülbülə həmkarı R.Dağlıya, müğənni Tünzalə Ağayeva isə A.Ağakişiyevə dəstək olduğunu bildirib.

Sonda Rəşad 51.11 faiz səs yığaraq Anarı yarışmadan uzaqlaşdırıb.

Beləliklə, "Maşın" şouda Xatirə İslam, Samir Cavadzadə və Rəşad Dağlının iştirakı ilə final başlayıb.

Qeyd edək ki, aparıcısı və müəllifi Murad Dadaşov olan proqram ANS TV-də hər gün saat 22:00-da yayımlanır.