Polşanın yeni prezidenti seçildi

Polşanın yeni prezidenti seçildi
655 dəfə oxunub
  • A-
  • A
  • A+
Polşa Dövlət Seçki Komissiyası mayın 24-də keçirilmiş ikinci tur prezident seçkilərinin rəsmi nəticələrini elan edilib.
 
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, seçicilərin 52%-ın səsini toplayan 43 yaşlı vəkil, Polşanın ən böyük müxalifət partiyası olan “Qanun və ədalət” partiyasının namizədi Ancey Duda ölkənin yeni prezidenti seçilib.
 
Hakim “Vətəndaş platforması”nın təmsilçisi, hazırkı prezident Bronislav Komorovski isə 48% səs yığıb. B.Komorovski artıq məğlubiyyətini etiraf edib.