Əmrah məhkəməni uduzdu

Əmrah məhkəməni uduzdu
3100 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Əmrah dayısı oğlu Nedret İpəkə və bəzi media qurumlarına qarşı 100 min lirə (təxminən 40 min manat) mənəvi təzminat tələbi iddiası ilə açdığı məhkəmə prosesini uduzub.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, sənətçi dayısı oğlunun “Əmrah dayısı – 86 yaşlı atam Qaya İpəki küçəyə atıb, evini satdı” iddialarından və onun əleyhinə səsləndirilmiş “həyasız, vicdansız, ədəbsiz, vəfasız” sözlərindən sonra məhkəməyə müraciət etmişdi. İstanbul Asliyə Hüquq Məhkəməsində 2 ildir davam edən proses müğənninin əleyhinə yekunlaşıb. Nedretin proqramların birində səsləndirdiyi fikirlərin insan haqlarını pozmadığı qərarına gəlinib.

Qeyd edək ki, N.İpək verilişlərin birinə çıxaraq Əmrahı “həyasız, vicdansız” adlandırdıqdan sonra müğənni “İctimaiyyəyə tərbiyəsiz kimi təqdim edildim” iddiası ilə məhkəməyə müraciət etmişdi.