Azərbaycanlı iş adamı "İşte benim stilim"in iştirakçısıyla sevgilidir

Azərbaycanlı iş adamı "İşte benim stilim"in iştirakçısıyla sevgilidir
11018 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin “İşte benim stilim” moda yarışmasının iştirakçılarından olan Mihriban Akgül Şahin Zülfüqarlı adlı azərbaycanlı iş adamı ilə eşq yaşayır.

Axşam.az-ın məlumatına görə, Mihriban və Şahin birlikdə çəkdirdikləri fotoları sosial şəbəkədə paylaşıb.
 
Türkiyənin tanınmış internet portallarından biri onların uzun müddətdir birlikdə olduğunu yazıb.

Qeyd edək ki, Şahin Zülfüqarlı dəmir və inşaat materialları istehsal edən 6 böyük fabrikin sahibidir. Onun eyni zamanda turizm şirkəti və restoranları da var. İş adamının Rusiya, Dubay və Türkiyədə bir çox biznes sahələri fəaliyyət göstərir. Şahin bu yaxınlarda 50 kafedən ibarət olacaq restoranlar şəbəkəsinin ilk məkanını İstanbulda açıb. Avtomobil kolleksiyası yığan Ş.Zülfüqarlı açıqlamalarının birində bütün maşınlarının nömrəsinin “555” olduğunu deyib.