“Həbs olunan Sabirin nəticəsi deyil" - nəvəsi

“Həbs olunan Sabirin nəticəsi deyil" - nəvəsi
1796 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin nəvəsi Sevda Tahirli şairin nəticəsinin 8-ci dəfə həbs olunması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, o, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həbs olunan Samir Tahirzadə şairin nəticəsi deyil:

“Həbs olunan şəxs Sabirin qardaşının nəticəsidir. O şəxsin şairlə əlaqəsi yoxdur. Baxmayaraq ki, bizimlə eyni soyadı daşıyır, o da tahirlərdəndir, amma şairin nəticəsi deyil. Onun Sabirə aiddiyyatı yoxdur. Sabirin qardaşına aiddiyyatı var”.

Qeyd edək ki, bir neçə ay əvvəl 8-ci dəfə narkotikaya görə həbs olunan Samir Tahirzadənin şair Mirzə Ələkbər Sabirin nəticəsi olması ilə bağlı xəbəri report.az saytı yayıb.