“Atamızı zəhərləyiblər” – ölən müğənninin qızları

“Atamızı zəhərləyiblər” – ölən müğənninin qızları
1809 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu yaxınlarda dünyasını dəyişən məşhur blyuz-gitaraçı, müğənni, bəstəkar Bi Bi Kinqin ölümü ilə bağlı qızları Karen Uilyams və Petti Kinq gözlənilməz iddia ilə çıxış ediblər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, qızlar sənətçinin köməkçiləri LaVerne Toni ilə Mayron Consonu onu zəhərləməkdə təqsirləndirirlər. Karenlə Petti bununla bağlı verdikləri birgə açıqlamalarında deyiblər:

“Atamız zəhərlənib. Bunun üçün xüsusi maddələrdən istifadə olunub. Atamızın öldürüldüyünü düşünürük”.

Toni isə bacıların iddiaları ilə razılaşmayaraq “Bunu həmişə deyiblər. Yeni olan heç nə yoxdur” söyləyib.

Xatırladaq ki, müğənninin qızları hələ dekabrda atalarının köməkçilərindən onun müalicəsini vaxtlı-vaxtında etdirmədikləri, 30 milyon dollar pulunu mənimsədikləri, qiymətli saatlarını və üzüyünü oğurladıqları iddiası ilə şikayət etmişdilər.

Qeyd edək ki, Bi Bi Kinqin cəsədinin ekspertizasına başlanılıb. Toksikoloji ekspertizanın nəticələri ən azı 2 ay sonra açıqlanacaq.