Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
1488 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda müşahidə edilən havanın temperaturu hazırda iqlim normasından 1-2 dərəcə çoxdur. Belə hava şəraiti paytaxda yaxın iki gün ərzində müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a bildiriblər ki, mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 27-də əsasən asxşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, şimək çaxanda arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacaq.