Azərbaycanlı idmançı “World Masters”in qalibi oldu

Azərbaycanlı idmançı “World Masters”in qalibi oldu
1436 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərakeşdə cüdo üzrə “World Masters” beynəlxalq turnirində Azərbaycan milli komandası 3 medal qazanıb.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, yarışa hər çəki dərəcəsi üzrə beynəlxalq reytinq cədvəlində ilk on altı pillədə qərarlaşan cüdoçular qatılıb.

Turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Elmar Qasımov bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Milli komandamızın üzvü Orxan Səfərov (60 kq) gümüş, Rüstəm Orucov (73 kq) isə bürünc medal qazanıb.

Ümumi komanda hesabında Azərbaycan millisi altıncı olub.