"Acun ilə razılaşmamışam" - açıqlama

"Acun ilə razılaşmamışam" - açıqlama
3226 dəfə oxunub
  • A-
  • A
  • A+

Evlənmə proqramının aparıcısı Esra Erolun yeni mövsümdən TV8-ə keçməsi üçün kanalın rəhbəri Acun İlicalı ilə razılaşdığı xəbəri yayılmışdı.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu xəbərlərin ardından Erol İnstaqram səhifəsində "Dünəndən etibarən çox şey yazıldığı üçün açıqlama verməli oldum. Tv8 ilə danışıq aparmağım barədə xəbərlər yalandır" yazıb.

İddialara görə isə Erol və Acun müqavilə bağlamağa çox yaxındır. Lakin hüquqi məsələlərə görə rəsmi açıqlama etmirlər.