Keçmiş telejurnalist ANS-ə qayıtdı

Keçmiş telejurnalist ANS-ə qayıtdı
2321 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış telejurnalist Eldəniz Elgün ANS Şirkətlər Qrupunda işə başlayıb.

Axşam.az-ın AzNews.az-a istinadən məlumatına görə,, bu haqda o, özünün "Facebook" səhifəsində yazıb:
 
“Çox qısa zaman ərzində ANS TV yaranandan bəri mövcud olan bütün xəbərləri, çəkilişləri Azərbaycanda hamı görə biləcək. Bir sözlə, Mirşahin demişkən, ANS-in tarixi Azərbaycanın da tarixi olacaq”.

E.Elgün faktı təsdiq edib:

“Bəli, ANS-də fəaliyyətə başlamışam. Ancaq konkret olaraq hansı vəzifədə çalışacağım sabah bilinəcək”.

Qeyd edək ki, bir vaxtlar ANS və “Space” Televiziyalarında müxtəlif vəzifələrdə işləyən jurnalistin son iş yeri "Unikal" qəzeti olub.