"Eurovision-2015"in qalibinə ölüm təhdidi - foto

"Eurovision-2015"in qalibinə ölüm təhdidi - foto
3915 dəfə oxunub
  • A-
  • A
  • A+

"Eurovision-2015"in qalibi Mons Zelmerlovun sosial şəbəkədəki paylaşımı etirazla qarşılanıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Monsun paylaşdığı fotoda Albaniyanın bayrağını təhqir etdiyi iddia edilib.
 
Müğənninin uzandığı çarpayıda ayaqlarının altında Albaniyanın bayrağı olması ölüm təhdidləri ilə nəticələnib. Şərhlərdə ifaçını ölümlə hədələyərək fotonu silməsini tələb ediblər.

Albaniya mətbuatı məsələni gündəmdə saxlayaraq İsveçdən rəsmi cavab istəyib. İsveç-Albaniya Federasiya birliyinin rəhbəri Ali Şipşani Monsu üzr istəməyə dəvət edib. Etirazların artdığını görən müğənni həmin fotonu hesabından silib.