“Ağ babanın nağılı”nın premyerası keçirilib

“Ağ babanın nağılı”nın premyerası keçirilib
700 dəfə oxunub
  • A-
  • A
  • A+

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Azərbaycan xalq nağılı “Qoca ilə Şir“in motivləri əsasında səhnələşdirilən “Ağ babanın nağılı” tamaşasının premyerası olub.

Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmovanın Axşam.az-a verdiyi məlumata görə, baş rejissor Qurban Məsimovun quruluş verdiyi birhissəli uşaq tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı əməkdar artisti Anar Hüseynlidir.
 
Yeni səhnə əsərində əsas obrazları teatrın aparıcı aktyorları - əməkdar artist Rəhman Rəhimov, aktyorlar Cavid İbrahimov, Elnur Abbasquliyev, Rəhilə İbadova, Samirə Nəcəfova, Elnur Xəlilov, Firuzə Nəsibli ifa edirlər.