Avropa Oyunlarının məşəli Qəbələdə - fotolar

Avropa Oyunlarının məşəli Qəbələdə - fotolar
962 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 26-da Qəbələ rayonunda əsl bayram əhval-ruhiyyəsi yaşanıb. On minlərlə rayon sakini  “Bakı-2015”-in məşəl estafeti iştirakçılarını qarşılayıblar.

Axşam.azın məlumatına görə, Qəbələ şəhərinin Heydər Əliyev prospektində quraşdırılan “Bakı-2015” ilk Avropa Oyunlarının rəmzi qapısında məşəli bədən tərbiyəsi müəllimi Anar Mustafayev qəbul edib.

Sonra on nəfər idmançı 2,5 kilometr məsafədə məşəl yürüşünü davam etdirib. Gənc idmançılar növbə ilə məşəli qəbul edərək Heydər Əliyev, Səməd Vurğun küçələrindən keçməklə Heydər Əliyev parkına gəliblər. Qəbələ Olimpiya İdman Kompleksinin məşqçisi Ehsan Nəzirov səhnəyə qalxaraq məşəli alovlandırıb. Birinci Avropa Oyunlarının çırağını isə meydana toplaşanların sürəkli alqışları altında 11-ci sinif şagirdi Bəhram Əhmədzadə yandırıb. Çıraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim olunub.

Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Möhtəşəm Alov festivalı, respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı Qəbələ sakinlərinin sevincini daha da artırıb. Sonda atəşfəşanlıq olub.