Alim Qasımov "Eurovision" təmsilçimizlə duet oxudu - video
Xalq artisti Alim Qasımov "Eurovision 2012" təmsilçimiz Səbinə Babayeva ilə duet oxuyub.
Axşam.az-ın məlumatına görə, "Qol güləş himni" adlanan mahnının musiqisi Namiq Zeynalova, sözləri Ətrabəyə aiddir.
Mahnı "Bakı 2015" İlk Avropa Oyunlarına həsr olunub.