İrəm Derici Bakıda konsert verəcək

İrəm Derici Bakıda konsert verəcək
1469 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni İrəm Derici Bakının qonağı olacaq.

Bu haqda Axşam.az-a təşkilatçı Nahid Emiloğlu xəbər verib. O, sənətçinin paytaxtımızda konsert verəcəyini bildirib:

"Konsert iyulda "Yaşıl Teatr"da baş tutacaq. Orkestri ilə birlikdə gələcək. İrəm son günlər ən çox pərəstişkarı olan ifaçılardandır. Maraqlı bir şou fikirləşmişik. İrəmlə yanaşı, konsertdə başqa bir türkiyəli ifaçı da çıxış edəcək. Onun adını isə yaxın günlərdə açıqlayacam".

Qeyd edək ki, İrəm Derici mayın 9-da Bakıda keçirilən konsertlərdən birində çıxış etmişdi. O, Azərbaycanda böyük konsert vermək arzusunda olduğunu bildirmişdi.