Gəncəlilərdən növbəti fləşmob - video

Gəncəlilərdən növbəti fləşmob -  video
3203 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bakı-2015” Birinci Avropa Oyunları ərəfəsində Gəncədə möhtəşəm fləşmob təşkil olunub.
 
Axşam.az xəbər verir ki, "qafqazinfo"ya daxil olan məlumata görə, 6000 gəncin iştirakı ilə keçirilən bu aksiyada birinci Avropa Oyunlarının simvolu canlandırılıb. Gənclər şəhərin Heydər Əliyev adına baş meydanına toplaşaraq, bu idman bayramının sevincini özünəməxsus şəkildə yaşayıblar.
 
“Bakı-2015”in simvolunu yaradan gənclər bununla həm də birinci Avropa Oyunları ətrafında birləşdiklərini nümayiş etdirib. Bu aksiya eyni zamanda “Ginnesin dünya rekordları” komissiyası tərəfindən izlənilib.

Qeyd edək ki, bundan əvvəl İraq bayrağı 4200 nəfərin iştirakı ilə yaradılmışdı. 2 aprel 2015-ci ildə Bağdadda qeydə alınan bu fakt insanların iştirakı ilə yaradılan ən böyük mozaika kimi Ginnesin dünya rekordları siyahısına düşmüşdü.
 
Gəncədə 6000 nəfərin “Bakı-2015” birinci Avropa Oyunlarının simvolunu yaratması ilə bu rekord təzələnib. Komissiya hazırda bununla əlaqədar daxil olan müraciətə baxır.

“Bakı 2015”ə həsr olunan ən böyük fləşmobdan videonu sizə təqdim edirik: