İlham Əliyev İstiqlaliyyət küçəsindəki abidəni ziyarət etdi – fotolar
Ölkə
11:34 / 27.05.15
951dəfə oxunub
A-
A
A+
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.
Axşam.az Azərtac-a istinadən xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısı abidənin önünə əklil qoyub.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.