Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
985 dəfə oxunub
  • A-
  • A
  • A+

Respublika Günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Axşam.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a bildirib ki, mayın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-21, gündüz 27-32 dərəcə isti olacaq.

Mayın 28-də Azərbaycanın rayonlarında əsasən axşam və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Baş hidroloq onu da qeyd edib ki, hazırda müşahidə olunan isti hava şəraiti iqlim normasından bir qədər yüksəkdir. Bu cür hava şəraiti Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində davam edəcək.