Hülya Avşar "sultan" olacaq – fotolar

Hülya Avşar "sultan" olacaq – fotolar
1837 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Hülya Avşar baş rolda kimin çəkiləcəyi hələ məlum olmayan “Kösəm Sultan” serialında Safiye Sultan obrazını canlandıracaq.

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, prodüser Timur Savcı sənətçi ilə artıq müqavilə də imzalayıb. Serial sentyabrda ekranlara gələcək.

Qeyd edək ki, ekran işində baş rolu – Mahpeykər Kösəm Validə Sultanın obrazını canlandıracaq aktrisa axtarışları hələ də davam edir. Bu rol üçün Beren Saat, Bensu Soral və Sibel Kekilli kimi aktrisaların adları çəkilir.