Röyadan qalmaqallı video ilə bağlı açıqlama

Röyadan qalmaqallı video ilə bağlı açıqlama
11957 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Röya Ayxan son günlər gündəmi zəbt edən video qalmaqalı ilə bağlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, sənətçi haqqında yazılan fikirlərə sosial şəbəkədə münasibət bildirib:

"Hərəniz bir şey dediniz. Amma o uşaq mənim zənn etdiyimdən fərqli çıxdı. Yenə də sağ olsun. Çünki günahkar da o idi. Onu lentə almağımda məqsəd o idi ki, dedim, birdən görüşərəm, gedib deyər Röya məni təhqir etdi və ya əl qaldırdı. Məni qınamayın, bir dəfə başıma gəlib. Biri ilə görüşmüşdüm. Getdi şikayət etdi ki, Röya üstümə silah çəkdi. Mən də bu səbəbdən həmin oğlanla çox ehtiyatla və tərbiyəli görüşüb olanları lentə almışam.

Hamı yekə-yekə danışır. Amma unudursunuz ki, mən də kiminsə bacısı anası, həm də nəslin-kökün kişisiyəm. Bütün mediaya sözüm olacaq. Hələ indi yox... Unutdunuz ki, sosial şəbəkədə kişi-kişi danışanlar yox, məhz siz mənimlə bir yoldasınız və üzbəüz gələcəyik. Yenə də qabağıma səsyazma ilə siz çıxacaqsınız. Allah məni möhkəm tutub, heç kimə də əydirməyib. Bundan sonra isə bilin ki, kim haqqımda təhqir yazsa, qanun qarşısında cavab verəcək. Daha ürəyiyumşaqlıq etmərəm.

Buradan hər kəsə səslənirəm. Gedin öz vedrənizə sahib olun. “Sən kim idin, Röya” deyənlərə səslənirəm: Məgər, Röya insan deyildi? Yoxsa dilənirdi, adam etdiniz? Ya bədənini satırdı, düz yola gətirdiniz? Mərdi qova-qova namərd edənlər, siz məni gözdən sala bilməzsiniz. Çünki məni Allah qaldırdı!
Media əhlinə isə deyirəm ki, özünüzə sənət tapın, yaxşı jurnalistlərin adını yerə vurmayın! Unutmayın, hələ birlikdə çox uzun yolumuz var. Bu, mənim həyatımdır. Müzakirə etmək sizə düşməyib. Arxanıza baxın, önünüzü görmək çox asandır! Kasıb-varlı söhbətini də bağlayın. Çünki mən varlı ailənin qızı deyiləm”.

Xatırladaq ki, Röya İnstaqram səhifəsində Elnur adlı şəxs tərəfindən söyüldüyünü, daha sonra isə polisə müraciət edərək həmin şəxsi tapdığını deyib. Müğənni həmin şəxslə görüşərək onun məlum davranışını sorğulayıb. Röya Elnurla görüşə tək getməyib, ətrafında iki nəfər də olub və söhbəti gizli kameraya çəkib. Həmin görüntüləri İnstagramda şəxsi səhifəsində paylaşan Röya sonradan videonu silib.