“Survivor”un final tarixi bəlli oldu
“Acun Medya”nın prodüseri olduğu “Survivor All Star” yarışmasının final tarixi açıqlanıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kiprdə gerçəkləşdiriləcək final gecəsində 5 iştirakçı mübarizə aparacaq.
Sonda isə onlardan ikisi arasında səsvermə keçiriləcək və qalib seçiləcək. Yarışmanın finalı iyulun 2-də baş tutacaq.