Homoseksual müğənni rəsmi nikah istəyir

Homoseksual müğənni rəsmi nikah istəyir
4074 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur müğənni Riki Martin gələcək sevgilisi ilə qeyri-rəsmi münasibət qurmaq istəmir.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, 43 yaşlı homoseksual ifaçı bunu müsahibəsində deyib.

“Mən indi tək olsam da, yaraşıqlı kişilərlə ara-sıra görüşürəm. Kiminləsə ünsiyyət qurmaq, gözlərinə baxmaq, yumor hissi olan biri ilə danışmaq çox xoşuma gəlir. Ancaq münasibət qurmağa gəldikdə, hər şey qanuni olmalıdır. Nikah şəhadətnaməsi mənim üçün çox vacibdir. Mən o kağızın arxasında duran romantikanı sevirəm”.

Riki ötən ilin yanvarında ayrıldığı biznesmen sevgilisi Karlos Qonsales Abbelayın surroqat ana vasitəsilə dünyaya gələn övladları ilə görüşdüyünü bildirib:

“Oğlanlara baş çəkir. Biz bir il idi ki, görüşmürdük. Ancaq yenidən dostluq edirik”.