Yanan binada yaralananlarla bağlı son xəbər - video

Yanan binada yaralananlarla bağlı son xəbər - video
3544 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən həftə ölkə gündəmini zəbt edən - Binəqədidə baş verən dəhşətli yanğın hadisəsi zamanı xəsarət alan 8 nəfərin müalicəsi davam edir.

Axşam.az-ın ANS TV-yə istinadən məlumatına görə, onlar yaxın zamanda evə buraxılacaq.

“Hazırda Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsində 8 nəfərin müalicəsi davam edir. Onlardan 6-ı böyük, qalan ikisi isə azyaşlı uşaqlardır. Xəstələrin vəziyyəti orta ağırdır. Onların həyatları üçün bir təhlükə yoxdur. Hazırda xəsarət alan 8 nəfərin müalicəsi davam etdirilir”, – deyə Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.