Xatirənin ailəsi "Maşın" şouda - video

Xatirənin ailəsi "Maşın" şouda - video
7592 dəfə oxunub
  • A-
  • A
  • A+

ANS TV-də yayımlanan "Maşın" şounun finalı davam edir.

Axşam.az-ın məlumatına görə, aparıcı Murad Dadaşov finalda mübarizəni davam etdirən iştirakçıların evlərindən hazırladıqları reportajı təqdim edib.

Birinci sujet Xatirə İslam haqda olub. İfaçının atası Novruz, həyat yoldaşı Fəxrəddin və övladı Emil göstərilib. Onlar zarafatla Xatirəni "maşınsız gəlsə evə buraxmayacaqlarını" deyiblər.

Müğənnin bacısı və həyat yoldaşı canlı yayımda da iştirak ediblər.

Qeyd edək ki, "Maşın" şouda Xatirə İslam, Samir Cavadzadə və Rəşad Dağlının iştirakı ilə final davam edir. Aparıcısı və müəllifi Murad Dadaşov olan proqram ANS TV-də hər gün saat 22:00-da yayımlanır.