Boşanma ərəfəsində olan aktrisadan qızına məktub

Boşanma ərəfəsində olan aktrisadan qızına məktub
3748 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor həyat yoldaşı Ümid Kantarcılardan boşanma ərəfəsində olan aktrisa Qəmzə Topuz qızı Elis Naza məktub yazıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa məktubunu sosial şəbəkədə paylaşıb:

“Mələk qızıma məktub… Həyatımda verdiyim ən düzgün qərarımsan. Yaşadığım bu qədər mənəvi əzablara rəğmən, səni yenidən dünyaya gətirməyə razı olardım. Səni bu dünyada hər şeydən çox istəyirəm. Sən güləndə dünyama işıq saçılır. Sən ağlayanda ürəyim sızıldayır. Sən məni böyütdün, qızım. Kaş, səni xoşbəxt, sevgi dolu bir ailədə böyüdə bilsəydim. Kaş, seçmək imkanımız olardı,qızım…

Səni, xoşbəxtliyimizi, gülüşlərini sevən, gələcəyini mənim qədər düşünən insanlarla böyüdəydim, kaş…

Şansın, bəxtin açıq olsun. Sevgiylə böyüyən uşaq ol həmişə! Son nəfəsimə qədər arxandayam. Allah bizi heç kimə möhtac etməsin! Biz özümüzə bəs edərik…”.