"Maşın" şouda Samirin vəziyyəti pisləşib - video

"Maşın" şouda Samirin vəziyyəti pisləşib -  video
6996 dəfə oxunub
  • A-
  • A
  • A+

ANS-də yayımlanan "Maşın" realiti-şousunda avtomobildən əlini çəkən ilk finalçının adı bəlli olub.

Axşam.az-ın məlumatına görə, səhhəti pisləşən Samir Cavadzadə əlini çəkərək, oyundan ayrılıb. İfaçının ayaqları şişib, vəziyyəti pisləşib.

Bu haqda şounun aparıcısı əməkdar artist Murad Dadaşov xəbər verib:

"Bu gün böyük həyəcan keçirdim. Şou, əyləncə ola bilər. Amma insan həyatı daha önəmlidir. Samirin vəziyyəti çox pis idi. Dərhal xəstəxanaya çatdırdıq. Həkimlər müdaxilə etdilər. İndi vəziyyəti yaxşıdır".