Məşhurlar Dənizkənarı bulvarda konsert verdilər - fotolar

Məşhurlar Dənizkənarı bulvarda konsert verdilər -  fotolar
2979 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Şəhər İcra Hakimiyyətinin və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 28 May – Respublika Günü münasibətilə rəngarəng bayram konserti təşkil edilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, saat qülləsinin yanında keçirilən konsertdə şəhər sakinləri və paytaxtın qonaqları tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla izləyiblər.

Dənizkənarı Milli Parka toplaşanlar ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gündən-günə gözəlləşən və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində möhtəşəm görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan möhtəşəm bayram atəşfəşanlığını maraqla seyr ediblər.