“Karyerama mane olar deyə uşaq istəmədim”

“Karyerama mane olar deyə uşaq istəmədim”
2167 dəfə oxunub
  • A-
  • A
  • A+
Alış-veriş mərkəzlərinin birində fanatları ilə görüşən müğənni Ajda Pekkan jurnalistlərin suallarını cavablandırıb.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, müxbirlərdən birinin “Həyatınızda övladınızın olmamasının yeri görünür” sualına sənətçinin cavabı belə olub:

“Uşağımın olmasından çox qorxmuşam. Öz ayaqlarım üstündə dayanmaq mənim üçün çətin idi. Həmişə karyeramla maraqlanmışam. Bu səbəbdən ailə həyatım olmadı. Karyerama mane olar deyə uşaq istəmədim”.

A.Pekkan özünü sevdiyini deyib:
 
“Ürəyim heç vaxt boş olmur. Qəlbimdə bir Ajda Pekkan var. Mən özümü sevirəm”.