Ukraynalı deputat Azərbaycan mahnısı oxudu - video

Ukraynalı deputat Azərbaycan mahnısı oxudu -  video
2344 dəfə oxunub
  • A-
  • A
  • A+
Ukraynanın “Eurovision 2013” təmsilçisi Zlata Oqneviç “Gəl ey səhər” mahnısını səsləndirib.

Axşam.az-ın məlumatına görə, musiqisi Polad Bülbüloğluna, sözləri Fikrət Qocaya aid olan mahnını müğənni Azərbaycan dilində oxuyub.

Azərbaycanın Ukraynadakı səfirliyinin saytında Zlata Oqneviçin mahnı ilə bağlı fikirləri yerləşdirilib.

"Bu mahnını ifa etməklə Azərbaycanın mədəni irsinə sevgimi, ənənələrinə hörmətimi və əfsanəvi bəstəkar-müğənni Polad Bülbüloğluna rəğbətimi bildirmək istədim" deyə, ifaçı bildirib.
 
Qeyd edək ki, Z. Oqneviç ötən il keçirilən növbədənkənar parlament seçkilərində Oleq Lyaşkonun Radikal Partiyasının siyahısından millət vəkili seçilib.