"Özümü seksual hesab edirəm" - fotolar

"Özümü seksual hesab edirəm" - fotolar
9419 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəzrin Cavadzadə “Hürriyət”ə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, aktrisa şəxsi həyatından, nümayişə başlayan yeni filmi “Quzu”dan bəhs edib. Nəzrin hələ də keçmiş rejissor sevgilisi Camal Şanı sevdiyini, çəkildiyi sonuncu filmin rejissoru Kutluğ Atamanla danışmadığını deyib. Müsahibəni ixtisarla təqdim edirik:

- Qarşımızda daha seksual və cəsarətli Nəzrini görürük. Bu dəyişmənin səbəbi nədir?

- Əslində hələ o qədər də cəsarətli deyiləm. Sadəcə olaraq, artıq özümü kəşf etmişəm. Keçmişə baxmayaraq, indi özümü daha gözəl hesab edirəm. Əvvəllər çatışmazlıqlarıma həddindən artıq fikir verirdim. İndi isə daha çox yaxşı tərəflərimi görməyə çalışıram.

- Bu gün çoxları seksual görünməkdən qorxurlar…

- Getdikcə mühafizəkar olmuşuq. Belə bir şəraitdə də qorxub-çəkinmək, “buna necə baxarlar”, “nə deyərlər” kimi narahatlıqlar düşüncəmizin ayrılmaz hissəsinə çevrilib. Qadının özünüifadə imkanları əlindən alınıb. Mənim üçün ən seksual qadınlar Penelopa Kruz və Eva Mendesdir.

- Özünüzü seksual hesab edirsiniz?

- Özümü seksual hesab edirəm. Ancaq bu, mənim üçün əsas həyat meyarı deyil. Aktrisa kimi əsas vəzifələrimdən biri hər cür görünməyi bacarmaqdır. Məsələn, “Quzu” filmində canlandırdığım Mədinə obrazı uşaqlı qadındır. Bütün film ərzində cəmiyyətin ikiüzlülüyü ilə mübarizə aparır. Onda “seksual” sözünün “s” hərfi belə yoxdur.

- “Filmlərdə heç vaxt öpüşmərəm, sevişmərəm” kimi qanunların var?

- Yoxdur.

- Özünü hansı heyvana bənzədirsən?

- Bunu, hər halda, başlığa çıxartmazsınız (gülür). Özümü dişi ata bənzədirəm. Çünki cazibədar, müstəqil, üsyankar, istədiyini edən bir canlıdır. Mən həddindən artıq həssas bir insanam. Ona görə də, bəzən xətrimə dəyən şeyi zarafatla qarşılamaq məcburiyyətində oluram. Bu həyata çox ciddi fikir versəm, gərək infarkt keçirim. Hər şeyə gülüb keçmək yaşamağıma kömək edir. Özümü ağlı başında biri saymıram. Ağlımdan çox lazım olmasa, tez-tez istifadə etmirəm. İntiusiyam kifayət qədər köməyimə çatır.

- Rejissor sevgiliniz Camal Şanla 8 il eşq yaşamısınız. Ancaq ayrıldınız. Sonra nələr oldu?

- Camaldan sonra həyatımda heç kim olmadı.

- Çoxlu sevmisiniz?

- Xeyr, yalnız bir dəfə. O da Camal olub.

- Heç aldadılmısınız?

- Əlbəttə. Bütün müvəffəqiyyətli, gözəl, güclü və ağıllı qadınlara xəyanət edirlər. Bizim kimiləri kişilər bəyənmirlər.

- Film sektorunda dostunuz var?

- Çox az sayda. Son vaxtlar özümü tək hiss edirəm. Bu aralar bəzi axmaqlarla da dostluğum oldu.

- O axmaqlar necə oldu, bəs?

- Onlar batdı, mən xilas oldum (gülür).

- “Quzu”nun rejissoru Kutluğ Atamanla bağlı nə demək istəyərsiniz?

- Onun haqqında danışmaq istəmirəm. Uzun müddətdir küsülüyük. Barışmağı da düşünmürük. Belə daha yaxşı oldu.