Türkiyənin məşhur serialı final qərarını dəyişdi - foto

Türkiyənin məşhur serialı final qərarını dəyişdi - foto
15929 dəfə oxunub
  • A-
  • A
  • A+

9 ildir “Kanal D”də yayımlanan “Arka sokaklar” serialı yeni mövsümdən başqa telekanalda yayımlanacaq.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, baş rollarında Zafer Ergin, Şevket Çoruh, Özgür Ozan kimi aktyorlar yer alan ekran işinin bitəcəyi gözlənilsə də, istehsalçı şirkət serialın sonrakı taleyi haqda qərar verib.

“Erler Film” rəsmi açıqlama yayaraq serialın başqa televiziya kanalına transfer olduğunu bəyan edib.

İndiyə qədər 376 seriyası çəkilən "Arka sokaklar"ın növbəti mövsümündə yeni tanınmış aktyorların da iştirak edəcəyi gözlənilir.