Erotik kitabın növbəti hissəsi rekord qırdı

Erotik kitabın növbəti hissəsi rekord qırdı
8435 dəfə oxunub
  • A-
  • A
  • A+

E.L.Ceymsin müəllifi olduğu "Bozun 50 çaları" kitab seriyasının yeni hissəsi rekord qırıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, kitabın qəhrəmanı Kristian Qreyin baxışından yazılan "Qrey" ilk dörd gündə 1 milyondan çox nüsxə satılıb. Digər tərəfdən kitab tənqidçilərin tərəfindən bəyənilməyərək "Bədbəxt bir avtobioqrafiya..." adlandırılıb.

Qeyd edək ki, bu vaxta qədər Den Braunun "İtmiş Simvol" kitabı ilk beş gündə yarım milyon satılaraq rekord qırmışdı.

Xatırladaq ki, erotik, dram və triller janrında olan kitabın bu il eyni adlı filminin premyerası olmuşdu.